12 Mart 2025 /

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti daha bir bankla əməkdaşlığa başlayıb

 

Naxçıvan Muxtar Respublikasında ipoteka kreditləşməsi mexanizminin yaradılması, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi, xüsusilə gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə fevralın 25-də “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ilə “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 
Qeyd edək ki, bu əməkdaşlıq nəticəsində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin  əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması istiqamətində müvəkkil bankların sayı 4-ə çatıb.