09 Dekabr 2024 /

Tələb olunan sənədlər

• İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

  1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  2. Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  4. Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  5. Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

   Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

    Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

 

• İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

  1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;
  2. Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.