21 Dekabr 2024 /

NİF haqqında

“Naxçıvan İpoteka Fondu” Açıq səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07 noyabr 2016-cı il tarixli 41-V FR nömrəli Fərmanı ilə yaradılmışdır.

Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını rəhbər tutur.

Cəmiyyət hüquqi şəxsdir.Cəmiyyətin yaranmaqda əsas məqsədi Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə maliyyə resusrlarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir.

Cəmiyyət ipoteka, o cümlədən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsini həyata keçirir. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsini “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təyin edilmiş müvəkkil banklar həyata keçirir.