09 May 2025 /

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyətinin İdarə Heyətinin sədri tərəfindən Şahbuz rayonunda 24 aprel 2025-ci il tarixdə vətəndaş qəbulu keçirilmişdir

Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirmişdir.Qəbula gəlmiş vətəndaşlarla keçirilən görüşdə Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydaları və şərtləri haqqında ətraflı məlumat verilmişdir. Vətəndaşlar Cəmiyyətin əməkdaşlarına ipoteka kreditləri ilə bağlı ətraflı məlumat verdiklərinə görə öz minnətdarlıqlarını bildirmişdirlər.