"27 Sentyabr – Anım Günü" münasibətilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək məzarların üzərlərinə qərənfillər düzüblər.
Daha sonra Cəmiyyətin İdarə Heyətinin sədri Yalçın Vəliyev və əməkdaşlar Şərur rayonunun Oğlanqala kəndində şəhid Əbilov Kamal Vidadi oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin əziz xatirəsi bir daha ehtiramla anılıb, ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanılıb.
Şəhid ailəsinə Cəmiyyət kollektivinin dərin hörmət və minnətdarlığı çatdırılıb, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın daim yaddaşlarda yaşayacağı vurğulanıb.

