Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı karyera sərgisi keçirilib. Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən universitet məzunlarına vakansiya üzrə təcrübə proqramları təqdim olunub.