“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin sədri Yalçın Vəliyev aprel ayının 24-də Şahbuz rayonda vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 10:00-dan etibarən Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir. Qəbul və qeydiyyatda iştirak etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Cəmiyyətin (036) 550-39-13 nömrəli telefon xətti ilə və ya office@nif.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.