“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin sədri Yalçın Vəliyev yanvar ayının 22-də Sədərək rayonda vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 10:00-dan etibarən Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir. Qəbul və qeydiyyatda iştirak etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqələri ilə gəlmələri xahiş olunur
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Cəmiyyətin (036) 550-39-13 nömrəli telefon xətti ilə və ya office@nif.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.