09 Dekabr 2024 /

Əmək Funksiyası:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il
  • Dil bilikləri : Azərbaycan dili, (Ingilis dili Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel)

Digər zəruri tələblər: 

  • Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. 

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları;
  • Təqdim etmə bacarığı;
  • Detallara diqqət;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Şöbə rəisi-baş mühasibyazmaqla office@nif.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.