Əmək Funksiyası:
Cəmiyyətin, onun struktru bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və
Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;
Daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə İdarə Heyətinin sədrinə məlumat vermək;
Qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutlmuş digər funksiyaları yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
Audit sahəsində ən azı 2 il iş təcrübəsi;
Daxili audit sahəsində qanunvercilik üzrə müfəssəl biliklərə sahib olmaq;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
Analitik və kritik düşünmə;
Qərəzsizlik və müstəqillik;
Stressə davamlılıq;
Microsoft Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Auditor" yazmaqla office@nif.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.