“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib. Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və əməkdaşları Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.

